banner
banner

İdman

Azad Rəhimov: "Rusiya mütləq Avropa Oyunlarını keçirməlidir"

Azad Rəhimov: "Rusiya mütləq Avropa Oyunlarını keçirməlidir"

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ikinci Avropa Oyunları Rusiyada keçirilməlidir və başqa variant nəzərdən keçirilmir.

“Növbəti Avropa Oyunlarını yalnız Rusiya keçirməlidir, - nazir TASS agentliyinə müsahibəsində deyib. – O imtina edirsə, bu mənim səlahiyyətimdən kənardır. Lakin Avropa Oyunları yaxşı yarışlardır və idmançılar üçün böyük yarış təcrübəsidir. Axı olimpiya kəndində yaşamaq onlara vacibdir”.

“Əminəm ki, Avropa Oyunlarında iştirak edənlər Olimpiya Oyunlarında yaxşı nəticələr göstərəcəklər. Çünki oxşar atmosferdə yarışlarda iştirak təcrübəsi özünü büruzə verməlidir. Avropa Oyunları gərəklidir, onların çox yaxşı gələcəyi olmalıdır. Düşünürəm ki, Rusiya bu baxımdan idmançılara kömək edəcək, Kazan isə bunu dəstəkləyəcək”.

Bir qədər qəribə bəyanatdır. Nəyə görə yalnız Rusiya? Və nəyə görə “məcburdur”? Bəlkə nazir bizim bilmədiyimiz nədənsə xəbərdardır? Ola bilsin ki, Rusiya 2019-cu ildə keçiriləcək Avropa Oyunlarının keçirilməsini Rusiya öz öhdəsinə götürmüşdü, lakin sonradan bundan imtina etdi.

Məlum olduğu kimi, bu yaxınlarda Rusiyanın idman naziri Vitali Mutko Rusiyanın ikinci Avropa Oyunlarını keçirməyəcəyini deyib. Bundan əvvəl isə Hollandiya Avropa Oyunlarından imtina etmişdi.

Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ilin iyun ayının 12-dən 28-nə kimi Bakıda keçirilmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.