banner
banner

Dünya

PKK Türkiyədə yenə terror törətdi 4 ÖLÜ, 34 YARALI, YENİLƏNİB

PKK Türkiyədə yenə terror törətdi

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan ikisi polis, digər ikisi isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır. Terror aktı nəticəsində həmçinin 34 nəfər yaralanıb

*   *   *13:49

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücumdan sonra terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib.

Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb.

*   *   *13:15

Türkiyənin Mardin vilayətində polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Hazırda onların sayı dəqiqləşdirilir.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəliblər.

İlkin məlumata görə, partlayışı PKK terror təşkilatı törədib.

İnsidentdən sonra vilayətdə PKK-ya qarşı geniş əməliyyatlar başlayıb.

Partlayış nəticəsində qonşu bina zərər görüb.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Rəsmi şəxslər insidenti hələ şərh etməyiblər.

 


 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.