|
"Avropa çempionatının kubokunu ardıcıl 3-cü dəfə qazanmaq əla olar. Ancaq favorit olduğumuzu düşünmürəm. Gürcüstana məğlubiyyət bunu sübut etdi. Fransa və Almaniya kimi milli komandalar yoldaşlıq oyunlarında daha güclü olduqlarını göstərdilər. "Avro-2016"da və 2010-ci ildə keçirilən dünya çempionatında favorit olmasaq da, yaxşı komanda idik. Buna görə də qalib olmuşduq". Bu sözləri İspaniya millisinin futbolçusu Jerar Pike "Avro-2016" öncəsi deyib. O, Gürcüstana məğlubiyyətin onlara dərs olduğunu söyləyib: "Bu oyunla səhvlərimizi gördük. Gürcüstana məğlubiyyətdən sonra bizə qarşı olan tənqidlər normaldır, amma Çexiyaya qarşı matçda qalib gələrək onları susduracağıq". Cia.az
|


