banner
banner

Sağlamlıq

Müalicəvi giləmeyvə ÇAYTİKANI. 10 FAYDASI

Müalicəvi giləmeyvə ÇAYTİKANI.

Çaytikanı əsl təbii dərmandır. Bu giləmeyvə çox zəngin kimyəvi tərkibə malikdir.

Onun tərkibində orqanik turşular, vitaminlər (C, B1, B2, PP, K, E), karotin, flavonoidlər (xüsusilə rutin), dəmir, bor, marqans kimi minerallar, büzücü maddələr, yağlı turşular, fitonsidlər və s. var.

Çaytikanı həm ənənəvi, həm də xalq təbabətində çox geniş istifadə olunur. Müxtəlif xəstəliklərin müalicəsində giləmeyvənin özü, onun yarpaqları, budaqları, çaytikanı ağacının qabığı çox geniş istifadə olunur. Giləmeyvədən çox giymətli müalicəvi məhsul sayılan çaytikanı yağı hazırlanır.

Sizə çaytikanının 10 faydalı xüsusiyyətini təqdim edirik:

1. Müxtəlif faydalı maddələrlə zəngin olan çaytikanı orqanizmi möhkəmləndirir, immun sistemini gücləndirir. Giləmeyvəni şirə, kompot, kisel, cem, mürəbbə şəklində qəbul etmək olar.

2. Çaytikanı damarları təmizləyir və möhkəmləndirir, aterosklerozun qarşısını alır. Yadınıza salaq ki, ateroskleroz insultun, ürək xəstəliklərinin, infarktın əsas səbəbidir.

3. Çaytikanı yağı güclü bakteriya əleyhinə təsirə malikdir, yaraları sağaldır, selikli qişaları bərpa edir. Çaytikanı yağı yanıqlar, yaralar, mədə xorası, uşaqlıq boynu eroziyası və s. zamanı çox geniş istifadə olunur və yaxşı müalicəvi effekt verir.

4. Çaytikanı şirəsinin balla qarışığı əla öskürək əleyhinə vasitədir, nəfəs yollarını selikdən təmizləyir, iltihabı azaldır.

5. Damaqların qanaması zamanı bu kimi faydalı dəmləmədən istifadə edin: 10 çaytikanı yarpağının üzərinə 1 stəkan qaynar su tökün, 20 dəqiqə ərzində dəmləyin və qarqara üçün istifadə edin. Bu vasitə həmçinin ağız boşluğu və boğaz iltihabı zamanı istifadə oluna bilər.

6. Mədə pozulması, ishal zamanı çaytikanı yarpaqlarının və budaqlarının dəmləməsi müalicəvi vasitə kimi istifadə olunur.

7. Çaytikanı kişilərdə potensiyanı yaxşılaşdırır.

8. Çaytikanı yarpaqlarının dəmləməsi revmatizm, podaqra xəstəliklərinin müalicəsində istifadə olunur.

9. Çaytikanı yarpaqlarının dəmləməsi şəkərli diabet zamanı faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləyir.

10. B qrupu vitaminlərlə zəngin olan çaytikanı sinir sistemi üçün çox faydalıdır.
Cia.az 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.