İyunun 12-də futbol üzrə XV Avropa çempionatının "D" qrupunda qardaş Türkiyə millisi Xorvatiya yığması ilə qarşılaşır.
AzərTAc xəbər verir ki, Parisdəki "Park de Prəns" stadionunda keçirilən görüşü isveçli baş hakim Conas Erikson idarə edir.
Türkiyə millisinin baş məşqçisi Fatih Terim start heyətdə Volkan Babacan, Caner Erkin, Hakan Balta, Mehmet Topal, Gökhan Gönül, Oğuzhan Özyakup, Selçuk İnan, Ozan Tufan, Arda Turan, Hakan Çalhanoğlu və Cenk Tosuna şans verib.
Xorvatiya yığmasında isə start heyətdə Subaşiç, Striniç, Vida, Çorluka, Srna, Badelj, Modriç, Perişiç, Rakitiç, Brozoviç və Mandzukiç yer alıblar.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.