banner
banner

İdman

Futbol azərkeşləri oyun başlamamış dava etdilər

Futbol azərkeşləri oyun başlamamış dava etdilər
Fransanın Lil şəhərində Avropa Çempionatını izləməyə gələn alman və ukraynalı azarkeşlər arasında dava-dalaş düşüb.
Tərəflər şəhərdə yerləşən barlardan birində yumruq davasına çıxıblar. Dava zamanı tərəflər stol və masaları bir-birilərinin üzərinə atıblar. Şahidlərin sözlərinə görə, ilk olaraq alman azarkeşlər ukraynalılara hücum ediblər. Dava-dalaşa nəyin səbəb olduğu isə, məlum deyil.
Hadisə yerinə polis gələn qədər azarkeşlər barı tərk edərək qaçıblar. Yalnız təhlükəsizlik qüvvələri iki alman azarkeşi həbs etməyə nail olub. Tərəfdarlar arasında dava-dalaş Almaniya - Ukrayna matçından əvvəl qeydə alınıb.
Ötən gün 2016-cı il Avropa Çempionatı, eyni zamanda, ingilis və rus azarkeşlərin qarşıdurması ilə gündəmə gəlib. Marsel şəhərində gərgin keçən Rusiya-İngiltərə matçı başa çatdıqdan sonra rusiyalı azarkeşlər İngiltərə yığmasının fanatlarının olduğu tribunaya hücum ediblər.
Bundan sonra stadionda qarşıdurma baş verib. Oyun sona çatdıqdan dərhal sonra rusiyalı azarkeşlər mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinin yerləşdiyi tribunalara hücum ediblər.
 
UEFA Marseldə törədilən zorakılıqlarla əlaqədar Rusiya və İngiltərə komandalarına qarşı diskvolifikasiya xəbərdarlığı edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.