banner
banner

Dünya

Azərbaycanlı icra başçısı həbs olundu

Azərbaycanlı icra başçısı həbs olundu

Dərbəndin azərbaycanlı icra hakimi Qurban Qurbanov həbs olunub.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə bölməsi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu ilin sentyabrın 16-da Qurban Qurbanova qarşı İstintaq Komitəsinin İstintaq İdarəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286.2-ci maddəsi (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2009-cu ildən 2013-cü ilə qədərki dövrdə Q.Qurbanov Rusiya Federasiyası və Dağıstanın Respublikasının torpaq qanunvericiliyini pozaraq, vəzifə səlahiyyətlərini aşmaqla Dərbənd rayonunda yerləşən dövlətin mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

Hazırda cinayət işi ilə bağlı kompleks istintaq tədbirləri görülür və Qurban Qurbanovun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsi müzakirə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.