Uels millisinin futbolçusu Aaron Remzi “Avro-2016”nın B qrupunda İngiltərə ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib. “Arsenal”ın yarımmüdafiəçisi idialı açıqlama verib: “Düşünürəm ki, biz İngiltərə millisindən güclüyük. Çox çətin yollar keçmişik və indi işimizin bəhrəsini görürük. İngiltərə ilə oyunu səbirsizliklə gözləyirik”. Qeyd edək ki, sabah keçiriləcək İngiltərə - Uels oyunu saat 17:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.