banner
banner

İdman

Xaryanto: Bakıda hər şey əladır

Xaryanto: Bakıda hər şey əladır
Kanada Qran-prisindən sonra “Manor”, digər komandalar kimi, çətin təchizat məsələlərini həll etmək məcburiyyətində qalıb. Bununla belə, hazırda komanda Bakıdadır və “Sauber”dən olan yaxın rəqiblərinə nisbətən uğurlu çıxış edəcəyinə ümid bəsləyir.
 
Axar.az xəbər verir ki, indoneziyalı sürücü Rio Xaryanto deyir: “Bakıda hər şey əladır. Mən bilmirdim ki, nə gözləyim, lakin bu gözlədiklərimi üstələdi. Şəhərin müxtəlifliyinə heyranam: qədim və yeni tikililərin uyğunluğu Qran-pri üçün gözəl fon yaradır. Bura mənim çox xoşuma gəldi. İnanıram ki, tamaşaçılar da zövq alacaqlar. Bu, təqvimdəki ən sürətli traslardan biridir, əsasən də 15-ci döngə maraqlıdır. Mühafizə sədləri çox yaxın yerləşib və tras çox dar, lakin sürətli alınıb! Bu, bir qədər Monakonu xatırladır – kiçik bir səhv çox baha başa gələ bilər”.
 
Alman sürücü, 2015-ci ildə keçirilən “Deutsche Tourenwagen Masters” seriyasının çempionu Paskal Verlyayn: “Mən debüt mövsümündən həzz alıram, yarış bir-birinin ardınca gəlir. Mənim həm uğurlarım, həm də uğursuzluqlarım olub, lakin mən bunun öhdəsindən gəlməyi öyrənmişəm. Komanda ilə birgə təcrübə toplayırıq. Mən öz çıxışımdan əsasən razıyam.
 
Bakı mərhələsinin müsbət cəhəti onun hamı üçün – həm komandalar, həm də pilotlar üçün ilk dəfə keçirilməsidir. Deməli, işin öhdəsindən rəqiblərə nisbətən daha yaxşı gəlmək lazımdır. Tras sürətlidir, biz Kanadada olduğumuz qədər yaxşı görünməliyik. Orada şansımızı əldən verdik, ümid edirəm ki, burada “Sauber”ə nisbətdə böyük tərəqqiyə nail olacağıq”.
 
Deyv Rayan, yarış direktoru: “Kanada və Azərbaycanda ikili yarış elan olunanda, çoxları təəccübləndi – adətən belə mərhələlər bir-birinin yaxınlığında keçirilir, lakin Monreal və Bakı arasında 9 min kilometr məsafə var, odur ki, Kanadada təcili toplantıdan sonra bazar ertəsi bizi uzun yol gözləyirdi.
 
Təchizat yarış komandasının işində vacib yer tutur, odur ki, biz əvvəlcədən dəniz yolu ilə mümkün qədər çox yük göndərərək öz işimizi yüngülləşdirməyə çalışırıq. Əgər Kanadadan gələn təyyarə ləngisə belə, biz bu yükü trasa çatan kimi alır və vacib olanları toplamağa başlayırıq.
 
Əlbəttə, bu, tamamilə yeni bir tras olduğu üçün yarışda təchizat və mühəndis işləri baxımından naməlum məqamlar çoxdur. Lakin biz bura gəlməzdən öncə çox hazırlaşmışıq və yaxşı formada olduğumuzu düşünürük. Hamı səbirsizliklə məşqlərin başlanmasını gözləyir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.