banner
banner

İdman

Arda mətbuat konfransını tərk edib

Arda mətbuat konfransını tərk edib
Türkiyə mill yığma komandasının ulduzu Arda Turan bu gün keçirilən mətbuat konfransını vaxtından əvvəl tərk edib.

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, mətbuatda Arda Turanın bu hərəkəti son dövrlərdə onun haqqında çıxan tənqidi yazılara təpki olaraq qiymətləndirilir.

Futbolçu özü və millinin digər üzvləri haqqında mətbuatda çıxan tənqidi yazıların haqsız və qərəzli olduğunu düşünür.
 
Mətbuat konfransına milli yığmanın baş məşqçisi Fatih Terimlə birlikdə gələn Arda Turan “ölkəmdə bizlərə təhqir və məsxərəyə qoyma artıq bütün hüdudları keçib. Gənc yoldaşlarımıza bunu etmək haqsızlıqdır” deyib.
 
Arda növbəti, İspaniya ilə oyun öncəsi həvəssiz və kefsiz olduğunu təsdiq edib. Lakin İspaniya ilə oyunu qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
 
Futbolçu bu sözlərdən sonra mətbuat konfransının bitməsini gözləmədən salonu tərk edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.