Bu gün "Formula 1"də 351 km/saat sürət qeydə alınıb
Bakıda keçirilən Avropa Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb. Ən yaxşı göstərici, ilk yürüşdə olduğu kimi, yenə də "Mercedes"in pilotu Lüis Hamiltona məxsusdur.
Bu dəfə 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib. Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Siyahının üçüncü pilləsində isə 1:45.336 dəqiqə ilə "Sahara Force İndia "ın Serxio Peres qərarlaşıb.
Yürüşün ən yüksək göstəricisi "Scuderia Toro Rosso"nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.