"Avro-2016"da qrup mərhələsinin III turuna start verilib.
Qol.az-ın məlumatına görə, A qrupunda iki oyun keçirilib.
Lider Fransa yığması İsveçrə ilə qarşılaşıb.Fransa artıq 1/8 finala vəsiqəni təmin etdiyi üçün bu görüş onlar üçün formal xarakter daşıyırdı. Qolsuz başa çatan oyun İsveçrəni 1/8 finala yüksəldib.
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Rumıniya ilə münasibətlərinə aydınlıq gətirib. Keçirdiyi hər iki görüşü məğlub başa vuran albanlar bu oyunda qələbə qazanıb - 1:0. Bununla da Albaniya millisi mərhələ adlamaq şansını saxlayıb. Bu, həm də Albaniyanın Avropa çempionatında ilk qələbəsi kimi əlamətdar olub.
19 iyun
A qrupu
23:00. Rumıniya - Albaniya - 0:1 Qol: Sadiku, 43 Baş hakim: Pavel Kraloveç Yan xətt hakimləri: Roman Slişko, Tomaş Mokruş Əlavə köməkçi hakimlər: Petr Ardeleanu, Mixal Patak (hamısı Çexiya) Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan) Lion. Şəhər stadionu
23:00. İsveçrə - Fransa - 0:0 Baş hakim: Damir Skomina Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya) Dördüncü hakim: Marko Frits (Almaniya) Lill. “Pyerr-Morua” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.