banner
banner

İdman

Şahin Diniyev: “Nəticə önəmli deyildi”

Şahin Diniyev: “Nəticə önəmli deyildi”

"Əsas olan nəticə deyildi, ona görə qarışıq heyətlə oynadıq. Hər hissədə meydana fərqli heyət buraxmışdıq. Oyun günü səhər fiziki məşq də etmişdik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında bildirib. 
Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə qolsuz heç-heçəyə imza atan Gəncə klubu hazırlığı davam etdirir.
 
Türkiyə Futbol Federasiyası Bölgə Karmalar (seçmə) komandası ilə keçirdikləri sınaq matçı (0:0) ilə bağlı fikirlərini bildirən  Diniyev deyib: “Bu toplanışın əsas məqsədi fiziki durumu yaxşılaşdırmaqdır. "Bu səbəbdən nəticə bizim üçün ön planda deyildi. Heyətin formalaşması üçün komandaya baxdım. Mənə elə gəlir ki, yorğunluğun fonunda uşaqlar pis oynamadı. Çoxlu qol vəziyyətlərimiz oldu, amma istifadə edə bilmədik. Bu da aydın məsələdi, yenilənmiş heyətlə ilk oyunumuz idi. Düzgün formada hazırlaşırıq, doğru istiqamətdəyik. Səhvlərimiz üzərində işləyirik, çalışacağıq ki, ikinci görüşdə əsas heyəti təyin edək. Toplanışın ikinci mərhələsində texniki və taktiki hazırlıq üzərində işləyəcəyik”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.