Emal olunmuş qida həyatımızın və ən əsası isə uşaqlarımızın rasionunda elə bir yer almaqdadır ki, onsuz əksər valideynlər məişətlərini təsəvvür edə bilmirlər.
Uşaqların ağız dadını oxşamaqla onların səhhətlərinə dəyən zərərlər barədə düşünüb maariflənmək onları bir sıra ciddi xəstəliklərdən və qüsurlu gələcəkdən qorumağa əsas ola bilər.
Surrey Universitetinin araşdırmalarına əsasən diqqət defisiti və hiperaktivlik pozğunluğu (ADHD) diaqnozu qoyulan uşaqların probleminin əsas səbəbi qidalanma vərdişləri ilə əlaqədar olduğu bildirilir.
Belə ki, nəzərdən keçirilən uşaqların sağlamlığındakı problemə 89% süni qida rəngləri, 71% süni dadlandırıcılar, 71%-i kimyəvi qida qoruyucuları, 59%-i süni dad gücləndiricisi səbəbdir. Araşdırmaya cəlb olunan uşaqların hamısı adları çəkilən bütün maddələrdən azad pəhriz saxlamaqla sağlamlıqlarında xeyli irəliləyişlər əldə etmiş və sağalmışlar.
Başqa bir araşdırmaların nəticələrinə əsasən süni qida rəngləri uşaqlarda aşağıdakı ciddi xəstəliklərə əsas yaradır:
- Hiperaktivlik
- Xərçəng
- Allergiya
- Piylənmə
- Asma
- Diabet
- Xromosom səviyyədə zədələnmə
- Hipoqlikemiya
- Orqanların zədələnməsi
- Anadan gəlmə qüsurlar
Ən təhlükəli olan qırmızı və sarı süni qida rəngləri istehsalatda istifadə olunan rənglərin 90%-ini təşkil edir. Bütün bunlardan əlavə olaraq süni rənglər həmçinin məişətdə istifadə olunan məhsulların və dərmanların (vitaminlər, öskürəyə qarşı siroplar, diş məcunları, şampun, yuyucu tozlar və əl kremlərinin) tərkibində də mövcuddur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.