banner
banner

İdman

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşdi

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşdi

“Qarabağ” Çempionlar Liqasının 2016/2017 mövsümünün ikinci təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq.

APA-nın məlumatına görə, Ağdam klubunun rəqibinin 25 yaşı var.

Belə ki, əsası 1991-ci ildə qoyulan “Düdelanj” 3 klub – “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb. Yaşının çox olmamağına rəğmən, komanda bu vaxta qədər 12 dəfə ölkə çempionu adını qazanıb, 5 dəfə isə gümüş medallara sahib çıxıb. 6 dəfə Lüksemburq kubokuna sahib çıxan “qırmızı-sarılar” eyni sayda kubokun finalında məğlub olublar.

Bu vaxta qədər avrokuboklarda 46 oyuna çıxmış “Düdelanj” aktivinə 8 qələbə və 5 heç-heçə yazdırıb. 33 dəfə meydanı məğlub tərk edən Lüksemburq çempionu bu oyunlarda 48 qol vurub, 111 qol buraxıb.

“Qarabağ”ın rəqibinin heyətində Fransa, Bosniya və Herseqovina, Belçika, Mərakeş, Konqo, Anqola və Qanadan olan legionerlər çıxış edir. Xüsusilə fransızların sayı çoxluq təşkil edir - 6 futbolçu.

Ötən mövsüm Avropa Liqasında oynamış “Düdelanj” birinci təsnifat mərhələsindəcə mübarizəni dayandırıb. İrlandiya təmsilçisi “Dublin”lə üz-üzə gəlmiş lüksemburqlular ilk oyunda 2:1 hesablı qələbə qazansalar da, cavab matçında 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.

Qeyd edək ki, “Qarabağ”ın “Düdelanj”la ilk oyunu 5-6, cavab matçı isə 12-13 iyul tarixlərində keçiriləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.