banner
banner

İdman

Uels və İngiltərə 1/8 finalda, Rusiya qrupda qaldı

Uels və İngiltərə 1/8 finalda, Rusiya qrupda qaldı

“Avro-2016”nın qrup mərhələsində III turun oyunları davam edir. 

Qol.az-ın məlumatına görə, bu gün B qrupunda daha iki qarşılaşma keçirilib.

Rusiya millisi Uelslə qarşılaşıb. Qonşu ölkənin yığması "Avro-2016"da mübarizəni davam etdirmək üçün hökmən qələbə qazanmalı idi.  Lakin rəqibinə 0:3 hesabı ilə uduzan Rusiya yığması qrupda qalıb. Uels millisi isə bu görüşdə qazandığı qələbə ilə xalını 6-ya yüksəldib və qrupu lider başa vurub. 

Qrupun digər oyununda İngiltərə və Slovakiya milliləri üz-üzə gəlib. Bu matçda qapılara qol vurulmayıb. Bu heç-heçə İngiltərəyə qrupdan çıxmaq şansı verib. İngilislər Uelsin ardından qrup ikincisi kimi 1/8 finala adlayıb. İngiltərə və Uelslə yanaşı qrup mərhələsini 4 xalla başa vuran Slovakiya yığması da 1/8 finala yüksəlib.  



20 iyun

B qrupu

23:00. Rusiya - Uels - 0:3 
Qollar: 
Aaron Remzi, 11, Neil Taylor, 20, Qaret Beyl, 67 (0:3)
Baş hakim: Jonas Eriksson 
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Tuluza, şəhər stadionu
 
23:00. Slovakiya - İngiltərə - 0:0 
Baş hakim:
 Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes, Xesus Gil Manzano
Əlavə köməkçi-hakim: Karlos del Serro Qrande (hamısı İspaniya)
Sent-Etyen, "Joffrua Giş"

 

N

Komandalar

O

Q

H

M

T-F

X

1

Uels

3

2

0

1

6-3

6

2

İngiltərə

3

1

2

0

3-2

5

3

Slovakiya

3

1

1

1

3-3

4

4

Rusiya

3

0

1

2

2-6

1

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.