banner
banner

İdman

"Avro-2016": Türkiyə millisi qrupda qaldı

"Avro-2016": Türkiyə millisi qrupda qaldı

“Avro-2016”da qrup mərhələsinin oyunlarına yekun vurulub.

Bununla da, 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

D qrupunda mübarizə aparan Türkiyə millisi son oyununda Çexiyanı 2:0 hesabı ilə məğlub etsə də, bu nəticə 1/8 finala adlamaq üçün yetərli olmayıb. Ən yaxşı qrup üçüncüsü kimi qrupdan çıxmaq şanslarını saxlayam türklər diqqətlərini E qrupunda keçiriləcək iki oyuna yönəltmişdi. Lakin həmin görüşlərdə də Fatih Terimin komandasına sərf edəcək nəticələr qeydə alınmayıb. Belədə E qrupundan İtaliya, Belçika və İrlandiya yığmaları 1/8 finala adlayan komandalar olub. 
Ən yaxşı qrup üçüncüsü kimi Slovakiya, Şimali İrlandiya, Portuqaliya və İrlandiya komandaları 1/8 finala vəsiqə qazanıb.  

Beləliklə, ilk dəfə yeni formatda keçirilən Avropa çempionatının 1/8 finalında aşağıdakı komandalar mübarizə aparacaq:

A qrupu: Fransa və İsveçrə

B qrupu: Uels, İngiltərə və Slovakiya
 
C qrupu: Almaniya, Polşa və  Şimali İrlandiya

D qrupu: Xorvatiya və İspaniya

E qrupu: İtaliya, Belçika və İrlandiya 

F qrupu: Macarıstan, İslandiya və Portuqaliya 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.