banner
banner

Sağlamlıq

Vaxtından əvvəl cinsi inkişaf nədir?

Vaxtından əvvəl cinsi inkişaf nədir?

Cinsi inkişaf genetik proqramlaşdırılmış proses olub, 7-8 yaşlarından başlanır və 17-18 yaşında başa çatır. İkincili cinsi əlamətlərin və aybaşıya bənzər ifrazatın 7 yaşa qədər meydana çıxması vaxtından əvvəl cinsi inkişaf adlanır.

Cia.az immunitet.az-a istinadən bildirir ki, vaxtından əvvəl cinsi inkişaf - izoseksual, yəni qadın və heteroseksual, yəni kişi tipli ola bilir.

Vaxtından əvvəl cinsi inkişafın bir neçə forması var:

- serebral forma

- konstitusional forma

- yumurtalıq forma.

 

Serebral forma həqiqi vaxtından əvvəl cinsi inkişaf hesab edilir, çünki patoloji prosesə hipotalamusun hipofizotrop nahiyəsi cəlb olunur. Buna görə də hipofizdə qonodotropin sintez olunur. Qonadotropin isə, öz növbəsində yumurtalıqlarda estrogenlərin sekresiyasını stimulə edir.

Qızlarda həqiqi vaxtından əvvəl cinsi yetişkənlik üzvi və funksional xarakter daşıya bilir. Üzvi zədələnmələrdən ən çox rast gəlinən dölün hipotrafiyası, asfiksiyası, doğuş travması, meningitlər və başqa neyroinfeksiyalardır.

Mərkəzi sinir sisteminin funksional xarakterli pozulmaları kiçik yaşda (2-4 yaş) keçirilən infeksion xəstəliklərdən sonra meydana çıxır.

Vaxtından əvvəl cinsi inkişafın konstitusional forması irsi və ailəvi xarakter daşıyır. Vaxtından əvvəl cinsi yetişkənliyin yumurtalıq forması yumurtalığın şiş xəstəlikləri olduqda müşahidə edilir. Şiş toxuması tərəfindən estrogenlərin ifrazı avtonom xarakter daşıyır.

Patologiyanın diaqnozu anamnez, fiziki və cinsi inkişafın dinamikasına və ginekoloji müayinələrin nəticələrinə əsasən qoyulur. Xəstələrə USM və KT müayinələri keçirilir və hormonal müayinələr aparılır.

Müalicə vaxtından əvvəl cinsi yetişkənliyə səbəb olan amilləri aradan qaldırmaqdan və hormonların ifrazını azaltmaqdan ibarətdir. Əgər yumurtalıqlarda şiş aşkar edilərsə, müalicə cərrahi yolla aparılır.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.