Türk dünyasının ortaq qəhrəmanlıq dastanı olan “Koroğlu”dakı məşhur Qırat adlı at Türkiyənin üç partiyasını üz-üzə qoyub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmaya səbəb qardaş ölkənin Demokrat, Doğru Yol və Mühəfizəkar Yüksəliş partiyalarının yarı gerçək, yarı əfsanəvi at olan Qıratın şəklini öz loqolarında istifadə etmək istəyi olub.
Loqonun üzərindəki at fiqurunun Qırat olmasını da hər üç partiya təsdiqləyib, bu da sonda məhkəməyə müraciətlə nəticələnib. Türkiyənin Konstitusiya Məhkəməsi də məsələyə tam ciddi yanaşaraq qəti qərar qəbul edib. Qərara görə, Qıratdan “istifadə” hüququ yalnız Demokrat Partiyasına verilib.
Digər iki partiyadan isə Qıratın şəklini loqolarından götürmələri tələb olunub. Buna səbəb loqodan ilk dəfə Demokrat Partiyasının istifadə etməsi olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.