"Avro-2016"da 1/4 finala yüksələn Almaniya millisi ilkə imza atıb.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Bundestim buna Slovakiya ilə 1/8 final görüşündə nail olub.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn almanlar turnirin dördüncü matçında da qapısından top buraxmayıb. Bununla da, Almaniya yığması Avropa çempionatlarının final mərhələlərinin ilk 4 oyununda qapısını toxunulmaz saxlayan ilk komanda olub.
Maraqlıdır ki, almanlar "Avro-2016"da 352 dəqiqə qapısında top görməyən polşalıları geridə qoyub. Polşa 1/8 finalda İsveçrə ilə görüşə qədər qapısının toxunulmazlığını qorusa da, 82-ci dəqiqədə Xerdan Şakirinin mükəmməl qoluna əngəl ola bilməyib. Qrup mərhələsini quru hesabla keçən almanlar 1/8 finalda da qapısında top görməyib.
Qeyd edək ki, Almaniya "Avro-2016"nın qrup mərhələsində Ukraynaya 2:0, Şimali İrlandiyaya 1:0 hesabı ilə qalib gəlib, Polşa ilə 0:0
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.