banner
banner

Dünya

BMT-dən şok hesabat: 69 milyon uşaq öləcək

BMT-dən şok hesabat:

BMT-nin Uşaq Fondu (UNİCEF) milyonlarla uşağın öləcəyini açıqlayıb.

UNİCEF dünyada hökm sürən aclıq, səfalət və bu kimi halların 2030-cu ilədək dəyişməyəcəyi təqdirdə nələr baş verəcəyinə dair hesabat hazırlayıb. Aparılan araşdırmalar və hesablamalara əsasən müəyyən edilib ki, əlverişsiz şəraitdə yaşayan uşaqların səhiyyə və təhsil şəraiti yaxşılaşdırılmasa 2030-ci ilədək yaşı 5-ə qədər olan 69 milyon uşaq dünyasını dəyişəcək.

Hesabata görə, mövcud vəziyyət və əhalinin artım sürəti eyni qalarsa 2030-cu ildə 167 milyon uşaq hədsiz yoxsulluq çəkəcək, 60 milyon uşağın ibtidai təhsil olmayacaq, 750 milyon qız isə uşaq yaşlarında ərə gedəcək.

O da bildirilir ki, hesabatda qeyd edilən səbəblərin qarşısı alınmadığı halda ən çox ölümlər Cənubi Asiya və Afrikada yaşanacaq.("Qafqazinfo")



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.