banner
banner

Dünya

Putinlə Ərdoğan Çində görüşəcək - G20 SAMMİTİ ÇƏRÇİVƏSİNDƏ

Putinlə Ərdoğan Çində görüşəcək -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında Çində keçiriləcək G20 sammiti çərçivəsində şəxsən görüşəcəklər.

Virtualaz.org bildirir ki, məlumatı NTV kanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən yayıb.

Məlumatda o da bildirilir ki, o vaxta qədər liderlər arasında yeni telefon əlaqələrinin olacağı istisna edilmir.

Məlumata Ərdoğanın mətbuat xidmətindən heç bir şərh verilməyib.

"Hələlik bizdə bu barədə rəsmi məlumat yoxdur, əgər elə bir plan olacaqsa, bu barədə rəsmən xəbər verəcəyik”, - deyə oradan bildiriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə liderlər arasında görüşün yeri və vaxtı barədə suala cavabında deyib: “Görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək”.

Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Türkiyə tərəfi prezidentlərin görüşü barədə razılığa gəlindiyini bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.