"Avro-2016"nın 1/4 final mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma keçiriləcək.
Artıq tunirdə yeganə Britaniya təmsilçisi olan Uels millisi Belçika ilə üz-üzə gələcək. Lilldə keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, ilk 1/4 final görüşündə Polşaya penaltilər seriyasında qalib gələn (5:3) Portuqaliya yığması yarımfinala yüksəlib.
1 iyul
23:00. Uels - Belçika Baş hakim: Damir Skomina Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya) Dördüncü hakim: Nikola Ritsoli (İtaliya) Lill. “Pyerr Morua” stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.