banner
banner

Dünya

FNH-in İl-76 təyyarəsi yoxa çıxdı RUSİYADA

FNH-in İl-76 təyyarəsi yoxa çıxdı RUSİYADA

İrkutsk vilayətində meşə yanğınlarının baş verdiyi ərazidə uçuş həyata keçirən İl-76 təyyarəsi ilə əlaqə kəsilib.

Bu barədə Buryatiyanın fövqəladə xidmət orqanları məlumat verib.

RİA Novosti informasiya agentliyi xəbər verir ki, göyərtəsində 10 nəfərin olduğu İl-76 təyyarəsi güclü tüstülənmə zonasında, 3 min metr yüksəklikdə yoxa çıxıb. Moskvadan və Krasnoyarskdan hadisə yerinə xilasedici dəstələr göndərilib. Hazırda axtarış əməliyyatlarında 9 hava gəmisi, 292 nəfər canlı qüvvə və 28 ədəd texnika iştirak edir.

Qeyd edək ki, istehsalına keçən əsrin 70-ci illərində başlanan İl-76 nəqliyyat təyyarəsi Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən insanların və yüklərin daşınması, həmçinin fövqəladə hallar zamanı ərazinin kəşfiyyatında və yanğınların söndürülməsində aktiv istifadə olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.