Türkiyənin hüquq-mühafizə orqanları Qaziantepdə İstanbul aeroportunda baş vermiş terror aktında şübhəli bilinən 17 əcnəbini saxlayıb. Bu haqda "CNN Turk" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, saxlanılanların İŞİD terror qruplaşması ilə əlaqəsi olduğu üzə çıxıb.
Qeyd edək ki, bir az əvvəl "Haber Turk" İstanbuldakı terror aktında şübhəli bilinən 11 nəfərin saxlanılması haqda məlumat yayıb. Məlumatda bildirilirdi ki, saxlanılanlar İŞİD terror qruplaşmasının üzvləridir.
İstanbulda polisin keçirdiyi xüsusi əməliyyatdan sonra terrorda əli olmaqda şübhəli sayılmaqla saxlanılanların sayı 24 nəfərə çatıb. Qaziantepdə reydlər, Türkiyənin cənubunda - Suriya ilə sərhədin yaxınlığında saxlanılanlar da nəzərə alınmaqla, ümumilikdə 41 nəfər polisin nəzarəti altındadır.
Xatırladaq ki, İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında iyunun 28-də baş vermiş terror aktında 43 nəfər həlak olub. Onlardan 19-u əcnəbilərdir. Hadisə zamanı 240 nəfər xəsarət alıb. (Report)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.