Fransa millisinin hücumçusu Olivye Jiru "Avro-2016"nın yarımfinalında qarşılaşacaqları Almaniya ilə oyun haqda danışıb.
Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Jiru almanların görüşün favoriti olduğunu bildirib:
"Almaniya son dünya çempionudur və güclü heyətə malikdir. Heyətdəki bəzi itkilərə baxmayaraq, Bundestim görüşün əsas favoritidir. Onların üzərində böyük təzyiq olacaq. Ancaq biz də təzyiq altında oynayacağıq. Bu mənada yaxşı oyun olacağını düşünürəm".
Qeyd edək ki, iyulun 7-də keçiriləcək Almaniya - Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.