banner
banner

Dünya

Putin müsəlmanları təbrik etdi

Putin müsəlmanları təbrik etdi

Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Ramazan bayramı ilə əlaqədar küçələrə çıxıb.

ANS PRESS-in məlumatına görə, bayram ənənəsinə uyğun olaraq müsəlmanlar məscidlərdə bayaram namazı qılıblar.

Paytaxt küçələrinə toplaşan müsəlmanların təhlükəsizliyini təmin etmək üçün polis əməkdaşları əraziyə cəlb olunub. Artıq Rusiya Müftilər Şurasının (RMŞ) başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib və birgə bayram namazı qılınıb. Bayram tədbiri sakit şəkildə heç bir insident yaşanmadan başa çatıb.

Məlumata görə, Moskva məscidində bayram namazında 60 mindən çox insan iştirak edib. Müsəlmanlar həm məscidin daxilində, həm də həyətində toplaşıblar.

Bu arada Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Putin təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. "Müqəddəs Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir", - deyə Putin təbrikində qeyd edib.

O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər. Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da bildirib: "Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər."



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.