banner
banner

İdman

Rövnəq Abdullayev və Canni İnfantino Parisdə ziyafətdə SOCAR ULDUZLARI BİR YERƏ YIĞDI

Rövnəq Abdullayev və Canni İnfantino Parisdə ziyafətdə

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ziyafət təşkil edilib.

Tədbirdə SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidenti Canni İnfantino, UEFA-nın və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri, həmçinin Avropa futbolunun keçmiş ulduzları - hollandiyalı Ruud Qullit və italyan Kristian Veri iştirak ediblər.

Məlum olduğu kimi, SOCAR UEFA-ın partnyoru və bu gün bitməkdə olan Avro-2016 oyunlarının adla tanınan sponsorlarından biridir.

Sahəsi üç min kv.m təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.