Bəzən insanlar hiss edir ki, onların çəkisi səbəbsiz olaraq artır - qidalanma dəyişilməyib, fiziki hərəkətlik normadadır, ancaq çəki artır. Bəzən bu insanlar hətta pəhriz saxlamağa, daha az yeməyə çalışsalar da, heç bir köməyi olmur və bədən çəkisi artmaqda davam edir.
Belə halın səbəbləri müxtəlif ola bilər. Bəzi xəstəliklər və pozulmalar bədən çəkisinin artmasına gətirib çıxardır. Bu səbəbdən əgər siz özünüzdə bədən çəkisinin "səbəbsiz" artmasını müşahidə edirsinizsə, pəhrizə oturmağa tələsməyin, həkim müayinəsindən keçin.
Beləliklə, çəkinin "səbəsiz" artması bu kimi pozulmalar zamanı baş verə bilər:
- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı qalxanvari vəzi öz hormonlarını daha az miqdarda ifraz edir.
Qalxanvari vəzi orqanizmdə gedən bir çox proseslərə (o cümlədən, maddələr mübadiləsi proseslərinə) təsir edir. Qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi həmçinin mübadilə proseslərini bir qədər zəiflədir və bundan əlavə orqanizmdə artıq mayenin yığılmasına (şişkinlik) səbəb olur. Bunlar isə bədən çəkisinin artmasına gətirib çıxardır.
- Qadınlarda hormonal pozulmalar çəkinin artmasına səbəb ola bilər. Belə ki, polikistoz yumurtalıqlar sindromu olan qadınların bir çoxu artıq çəkidən əziyyət çəkir.
Bu pozulma zamanı qadının orqanizmində kişi hormonları artıq miqdarlarda ifraz olunur. Bu isə tüklənməyə, dəridə səpkilərə, menstruasiyanın pozulmasına, sonsuzluğa səbəb olur.
- Bəzi böyrək və ürək xəstəlikləri zamanı bədəndə artıq maye yığılır. Bu isə çəkinin artmasına səbəb olur.
- Şəkərli diabet piylənmənin əsas səbəblərindən biri sayılır. Şəkərli diabetin digər simptomları - səbəbsiz susuzluq, sidik ifrazının artması, dəridə qaşınma, dəridə yaraların gec sağalması və s. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, endokrinoloqa müraciət edin.
- Xroniki stress, depressiya çəkinin artmasına səbəb ola bilər.
- Menopauza (klimaks) hətta cavan qadınlarda başlaya bilər. Klimaks zamanı menstruasiyalar qeyri-müntəzəm olur, qısalır və ya əksinə uzanır, qadın çəki yığmağa başlayır. Mütləq ginekoloqa müraciət edin. Müalicənin köməyi ilə klimaksı taxirə salmaq mümkündür. (saglamolun.az)
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.