banner
banner

Sağlamlıq

Varikoz haqqında 8 VACİB FAKT

Varikoz haqqında 8 VACİB FAKT

Varikoz xəstəliyi çox yayılmış pozulma sayılır. Aile.lent.az saglamolun.az-a istinadən bu xəstəlik haqqında 8 vacib faktı təqdim edir.

 

1. Bəzi statistik məlumatlara əsasən, qadınların 80%-də bu və ya digər formada varikoz var.

 

2. Varikoz "qadın xəstəliyi" sayılır, lakin kişilərdə də bu xəstəliyə rast gəlinir. İngiltərə alimlərinin məlumatlarına əsasən, 20-40% kişilərdə də varikoz xəstəliyinə təsadüf edilir. Kişilərin əksəriyyəti bu problemlə həkimlərə vaxtında müraciət etmir və onlarda xəstəlik daha tez-tez gecikmiş və fəsadlaşmış formalarda aşkar olunur.

 

3. Varikoz xəstəliyi yalnız cərrahi yolla müalicə olunur. Heç bir gel, krem, plastr və s. kimi vasitələr bu xəstəliyi müalicə etmir. Lakin bu vasitələrin tətbiqi varikozun inkişafını xeyli ləngidə bilər.

 

4. Təəssüf ki, varikozun əsas risk faktoru hamiləlik sayılır.

 

5. Varikozun ən yaxşı profilaktikası - fiziki bədən tərbiyəsi, üzgüçülük və kontrast duşdur (soyuq və isti suyun növbələşməsi). Hər axşam ayaqlarınıza kontrast duş edin. Bu, ayaqlarda qan dövranını yaxşılaşdırır, durğunluq proseslərini azaldır.

 

6. Xroniki qəbizlik varikozun inkişafına təkan verə bilər.

 

7. Əvvəllər hündür daban ayaqqabıların geyinilməsi varikozun əsas risk faktorlarından biri sayılırdı. Lakin müşahidələr göstərib ki, daim yastı ayaqqabı geyinən qadınlarda varikoz, hətta daha tez-tez inkişaf edir. Həkimlər 2-4 sm dabanı olan, rahat və ayağı yaxşı "tutan" ayaqqabı geyinməyi tövsiyə edirlər.

 

8. Hal hazırda varikozun müalicəsi çox asanlaşıb. Müasir metodikalar demək olar ağrısızdır, onların tətbiqindən sonra çapıqlar qalmır, bərpa dövrü isə qısa olur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.