İngilətərənin "The Guardian" qəzeti bu ilin ən yaxşı futbolçularını seçib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, idman mütəxəssislərinin səslərinə əsasən, siyahının ilk pilləsində Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. Lionel Messi (Argentina, "Barselona") ikinci, Manuel Noyer (Almaniya, "Bavariya") isə üçüncü olub.
Qeyd edək ki, adları çəkilən futbolçular builki "Qızıl top" mükafatına namizəddirlər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.