|
Yeni mövsüm öncəsi hazırlıqlarını davam etdirən "Sumqayıt" növbəti yoxlama görüşünü keçirib. Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt təmsilçisi bu dəfə "Zirə" ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşündə "Şuşa-Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. cia.az
|


