Gürcüstanda 5,2 bal gücündə zəlzələ - AZƏRBAYCANIN QƏRB RAYONLARI DA SİLKƏLƏNDİ
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən xəbərə görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 14:14:03- də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində - Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarında, Gəncə şəhərində 3 baldan artıq hiss olunub.
Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.