banner
banner

İdman

Şahin Diniyev: "Müharibə hələ qabaqdadır"

Şahin Diniyev: "Müharibə hələ qabaqdadır"

"Mənə elə gəlir ki, biz burada nəinki Gəncə, hətta Azərbaycanı layiqincə təmsil edə bildik. Taktiki savaş idi, biz bu gün sadəcə, döyüşü uduzduq, müharibə hələ qabaqdadır. İkinci oyun var ki, onu da oynamaq lazımdır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının II təsnifat mərhələsində səfərdə "Admira"ya uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Ş.Diniyev cütün taleyinə Bakıda aydınlıq gələcəyini bildirib: "Admira" doğrudan da çox güclü komandadır, qarşımızda komplektləşmiş və sistemlə oynayan rəqib vardı. Futbolçularımız ağılla oynadılar, taktiki cəhətdən düzgün mübarizə apardılar. Verilən tapşırıqları yerinə yetirə bildilər. Yalnız standart vəziyyət zamanı bir fərdi səhvdən qol buraxdıq.
 
Əgər Nicat Qurbanov fərqlənib hesabı bərabərləşdirsəydi, fərqli nəticə ola bilərdi. Fikrimiz oyunu əks hücumlardan qurub, cinahlardan sürət hesabına nəticəyə nail olmaq idi. “Kəpəz” artıq başından yuxarı tullanıb. Xarakterli, uduzmaq istəməyən komandayıq. Futbolçularıma bunun üçün təşəkkür edirəm. Hər iki komandanın mərhələ adlamaq şansı var. Cütün taleyi Bakıda həll olunacaq". 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.