banner
banner

İdman

"Hesab oyuna görə olmadı" – MTK-nın baş məşqçisi

"Hesab oyuna görə olmadı" – MTK-nın baş məşqçisi

"Qola qədər oyun bərabər səviyyədə keçdi. Əslində ilk qolu biz vursaydıq, hesab bu cür olmaya bilərdi. Amma nəticədə uduzduq".
 
Qol.az-ın məlumatına görə, bu sözləri MTK-nın baş məşqçisi Teodoru Vasilits Avropa Liqasının II təsnifat mərhələsində evdə "Qəbələ"yə uduzduqları oyundan (1:2) sonra deyib.

Macarıstanlı mütəxəssis komandasının hələ təslim olmadığını və Bakıya qələbə üçün gələcəklərini bildirib: "İlk görüşdəki məğlubiyyət təslim olmağımız anlamına gəlmir. Bakıya turu keçmək üçün gedəcəyik. İdmançı olmağımız bunu tələb edir. Baxmayaraq ki, "Qəbələ" çox güclü və təhlükəli komandadır. "Aktobe" ilə görüşdə müqayisədə bu matçda daha yaxşı oynadıq. Təəssüf ki, hesab oyuna görə olmadı". 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.