Madrid “Real”ının futbolçusu Qaret Beyl sevgilisi Emme Ris Consla evlənməyə hazırlaşır. Uelsli futbolçu bu barədə şəxsi “tvitter” səhifəsində yazıb. “O, mənə “hə” dedi. Bu bazar gününü heç vaxt unutmayacam” – deyə o qeyd edib. Məktəbli vaxtlarından tanış olan cütlüyün iki qız övladı var. Bunlar 3 yaşlı Alba Violetta və martda dünyaya gələn Nava Valentinadır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.