|
Türkiyə superliqasında 2016/2017 mövsümünün püşkü atılıb. Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni mövsümdə ilk turun oyunlarına avqutun 19-da start veriləcək. Birinci turda son çempion "Beşiktaş" evdə "Alanyaspor"u, "Qalatasaray" isə Karabükspor"u qəbul edəcək. "Fənərbaxça" isə səfərdə Başakşəhər"in qonağı olacaq. Mövsümün ilk yarısındakı derbilərinin də vaxtı məlum olub. İlk derbidə "Beşiktaş" və "Qalatasaray" klubları üz-üzə gələcək. İstanbul təmsilçisiləri superliqanın 5-ci turunda qarşılaşacaqlar.
"Antalyaspor" - "Osmanlıspor" "Kayserispor" - "Akhisar" "Beşiktaş" - "Alanyaspor" "Trabzonspor" - "Kasımpaşa" "Qalatasaray" - "Karabükspor" "Adanaspor" - "Bursaspor" "Gənclərbirliyi" - "Qaziantepspor" "Rizəspor" - "Konyaspor" "Başakşəhər" - "Fənərhaxça"
Mövsümün ilk yarısının derbiləri: 5-ci tur: "Beşiktaş" - "Qalatasaray" Cia.az
|


