Son İngiltərə Premyer Liqasının qalibi "Lester"in baş məşqçisi Klaudio Ranyeri Joze Mourinyonun "Mançester Yunayted"ə təyinatı haqda danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı mütəxəssis "yeni Fergüsson" adlandırıb:
"Mourinyo "yeni Fergüsson" ola bilər. O, böyük ehtimalla "Mançester Yunayted"i 26 il çalışdırmayacaq, ancaq bu klubda da öz izini qoyacaq. Onunla avqustun 7-i qarşılaşacağıq. Maraqlı oyun olacaq".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.