Almaniya millisinin baş məşqçisi Yoahim Löv gələcək karyerası haqda danışıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis yaxın gələcəkdə klubda işləyə biləcəyini deyib:
"Klubda işləməyəcəyimi deyə bilmərəm. Hər şey mümkündür. Lakin hazırda bu haqda danışmaq tezdir. Bütün diqqətimi yığmaya yönəltmişəm. İki ildən sonra bu barədə düşünəcəm".
Qeyd edək ki, 2006-cı ildən Bundestimi çalışdıran Löv Braziliyada keçirilən dünya çempionatında komandası ilə mundialın qızıl medallarına yiyələnib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.