banner
banner

Dünya

Məscid yandırıldı - yaralılar var

Məscid yandırıldı

İsveçin Eskilstun şəhərində şəxsiyyəti bəlli olmayan cinayətkar məscid binasını yandırıb.

CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 5 nəfər xəsarət alıb.

“Şahid naməlum şəxsin məscidə verilmiş binanın pəncərəsinə nəsə atdığını görüb və sonra yanğın baş verib” - deyə yerli polis nümayəndəsi Lars Franzel bildirib.

Hadisə baş verən zaman məsciddə 15-20 nəfər ibadətlə məşğul imiş. Hazırda polis məscidi yandıran şəxsi axtarır.

Qeyd edək ki, insident ölkədə miqrasiya barədə bitməyən mübahisələr fonunda baş verib. Debatlar İsveçdə müvəqqəti yaşayış alma müraciətlərinin sayının 90 faiz azalmasını tələb edən sağçı müxalifət bloku ilə ölkənin miqrasiya məsələsində liberal siyasəti dəstəkləyən sosial-demokrat partiyası başçılığı ilə qırmızı-yaşıl koalisiyası arasında gedir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.