"Barselona" klubunun yarımmüdafiəçisi Xavi Hernandez daha öncə Madrid "Real"ına keçmək ehtimalından danışıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Barselona" fanatı olduğunu, özünü heç vaxt Madrid "Real"ında təsəvvür etmədiyini bildirib:
"Barselona"nın fanatıyam, buna görə "Real"da xoşbəxt ola bilməzdim. Özümü heç vaxt "Real"da təsəvvür etmədim. Uşaqlıqdan arzuladığım komandanın şərəfini qoruyuram. Buna görə çox şanslıyam. Futol mənim həyatımdır. Yaxşı ki, "Barselona"da qaldım. Karyeramı elə bu komandada başa vuracam".
Qeyd edək ki, 1998-ci ildən "Barselona"da çıxış edən Xavi keçirdiyi 487 oyunda 57 qola imza atıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.