Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün keçiriləcək "Viktoriya"- "Qarabağ" oyunu canlı yayımlanmaya bilər. Bu barədə Ağdam təmsilçisi rəsmi bəyanat yayıb. Bəyanatda deyilir: "Ötən turda “Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımladı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir.
“Viktoriya” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.