İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ueyn Runi gələcək planları haqda danışıb. 30 yaşlı futbolçu karyerasını başa vurduqdan sonra baş məşqçi işləmək istədiyini bildirib: "Bir gün baş məşqçi olmaq istəyirəm. Futbol bütün həyatım boyu məşğul olduğum bir işdir. Hazırda məşqçi lisenziyası almaq məsələsi ilə məşğulam. Ümid edirəm ki, karyeramı başa vurduqdan sonra məşqçi işləyəcəm".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.