banner
banner

Dünya

Türkiyədə iki səfir işdən çıxarıldı

Türkiyədə iki səfir işdən çıxarıldı

Türkiyədəki məlum hərbi çevriliş cəhdindən sonra işdən çıxarılma silsiləsinə diplomatlar da qoşulub. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin iki yüksək vəzifəli əməkdaşı Tuncay Babalı və Gürcan Balık işdən çıxarılıb.

Bildirilir ki, G.Balık daha əvvəl xarici işlər naziri olmuş Ali Babacan və Əhməd Davudoğlunun müşaviri olub. O daha sonra, Əhməd Davudoğlu tərəfindən xüsusi nümayəndə vəzifəsinə irəli çəkilib.

Tuncay Babalı isə uzun müddət Xarici İşlər Nazirliyinin İnsan Qaynaqları Şöbəsinə rəhbərlik edib və daha sonra Kanadaya səfir göndərilib.

cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.