Fransanın şimalında kilsədəkə insanların girov götürülməsi hadisəsi terror hücumudur. Hücum edənlər İŞİD ilə əlaqələrinin olduğunu bildiriblər.
"Report" bildirir ki, bu sözləri Normandiya əyalətində Ruan şəhərində baş vermiş hadisə ilə əlaqədar olay yerinə gələn Fransa prezidenti Fransua Olland deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında bıçaqla silahlanmış iki naməlum şəxs Sent-Etyen-dyu-Ruvre kilsəsində beş nəfəri - keşişi, iki rahibəni və ibadət etməyə gələn iki adamı girov götürüb. Hadisədən az sonra polis hücum edən hər iki şəxsin öldürüldüyünü bəyan edib.
KİV-in məlumatına görə, onlar binadan qaçmaq istəyərkən güllələniblər. Həmin ana qədər naməlum şəxslər keşişi öldürməyə, daha bir girovu isə ağır yaralamağa macal tapıblar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.