banner
banner

İdman

"Gürcüstan millisini çalışdırmaq..." - Sxadadze

"Gürcüstan millisini çalışdırmaq..."

"Mənə etimad göstərdiyi üçün Gürcüstan Futbol Federasiyasına və yığmada işləməyimə imkan yaradan "İnter" klubuna təşəkkür etmək istəyirəm. Hərçənd, Bakı təmsilçisi bundan imtina da edə bilərdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"in çalışdırıcısı Kaxaber Sxadadze UEFA-nın rəsmi saytına açıqlamasında Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyinatından danışarkən deyib.

Gürcüstanlı mütəxəssis ölkəsinin yığmasını çalışdırmağın onun arzusu olduğunu bildirib: "Futbolçulara inanıram. Onlar güclüdürlər, qələbə qazana və böyük turnirlərdə iştirak edə bilərlər. Ölkəsinin millisini çalışdırmaq hər bir məşqi üçün ən yüksək mövqedir. Bu hər kəsin arzusudur. Gürcüstanda futbolun inkişafına töhvə vermək şansım olduğu üçün çox şadam".

Qeyd edək ki, Sxadadze ötən gün Gürcüstan millisinin yeni baş məşqçisi təyin olunub. Müqaviləyə əsasən, Sxadadze 2015-ci il yanvarın 1-dən, iyunun 1-ə kimi həm Bakı" "İnter"i, həm də Gürcüstan millisində baş məşqçi vəzifəsini icra edəcək. İyunun 1-də isə K.Sxadadze Gürcüstan millisi ilə iki illik yeni müqavilə imzalayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.