Türkiyə-Suriya sərhədində güclü partlayış: 31 ölü, 170 yaralı
Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.
Türkiyə KİV-i xəbər verir ki, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib.
Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.
Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib. Suriya dövlət televiziyası patlayışda ölənlərin sayının 31 nəfərin öldüyünü, 170 nəfərin yaralandığını, mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Şurası isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.
"Reuters"in xəbərinə görə, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumatda, həmçinin Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar.("Report")
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.