banner
banner

İdman

"Teo Uiksi tanımırıq" – "Lill"in kapitanı

"Teo Uiksi tanımırıq" – "Lill"in kapitanı

“Sabahkı oyuna hazırıq. Bilirik ki, “Qəbələ” ciddi rəqibdir və hazırda yaxşı formadadır”.

Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Lill”in kapitanı Rio Mavuba Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi sabahkı görüşdə qələbə qazanmağa çalışacaqlarını bildirib:

“Sabah qalib gəlmək istəyirik. “Qəbələ” gözəl oyunla artıq Avroliqada 2 mərhələ adlayıb. Bu komandanın ötən mövsüm “Krasnodar”a qarşı oyununu qeyd etmək istərdim. Hələ ki Teo Uiksi tanımırıq. Amma “Qəbələ”nin cinahlarında 2 güclü futbolçunun yer almasından məlumatlıyıq”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.