"Qol buraxana qədər yaxşı oynadıq. Bir səhv bizə ağır başa gəldi".
CİA.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Viktoriya" ilə oyundan (1:1) dərhal sonra "CBC Sport"a deyib.
"Çempionlar Liqasının "pley-off"una düşmək imkanını itirdik. Amma Avroliqanın qrupuna düşmək şansı qalır. Bunun üçün oynayacağıq" deyə o bildirib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.