"Mançester Siti" növbəti transferini həyata keçirib.
Braziliyanın "Palmeyras" klubunun futbolçusu Qabriel Xesusla 2021-ci ilə qədər müqavilə imzalanıb.
Müqaviləyə əsasən, 19 yaşlı hücumçu Braziliyada A seriyası başa çatdıqdan sonra - 2017-ci ilin yanvarından etibarən "Mançester Siti"də çıxış edəcək. O vaxta kimi isə Q.Xesus "Palmeyras"da oynamağa davam edəcək.
İngiltərə mətbuatı bu transfer üçün "Mançester Siti"nin 30 milyon avro təzminat ödədiyini yazıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.